BAKI, 17 sentyabr. TELEQRAF

"Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Qəbul edilmiş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.