BAKI, 17 sentyabr. TELEQRAF

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın dərinliyi 19 km olub. Zəlzələ hiss olunmayıb.