BAKI, 11 dekabr. TELEQRAF
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun “Qarabağ” - “Ayaks” oyunun (2:4) ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, UEFA texniki qrupunun qiymətləndirməsinə əsasən, bu ada “Ayaks”ın israilli yarımmüdafiəçisi Oskar Qlux layiq görülüb.
21 yaşlı futbolçu bu matçda komandasının 2 qolunun (79, 90) müəllifi olub.