ŞAMAXI, 3 dekabr. TELEQRAF

Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin növbəti oyununda “Şamaxı” doğma meydanda “Bakı Sportinq” klubu ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda “şirlər” minimal hesablı qələbə qazanıb - 1:0.

Görüşün 67-ci dəqiqəsində Rikardo Apolinario penaltidən fərqlənə bilməsə də, cəmi iki dəqiqə sonra Abdullahi Şuaybi künc zərbəsindən sonra topu tora göndərməyi bacarıb.

Qeyd edək ki, “Şamaxı” 1/4 finalda “Qarabağ” - “Karvan-Yevlax” cütünün qalibi ilə üz-üzə gələcək.