BAKI, 26 noyabr. TELEQERAF

“Barselona”nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsində “Fənərbağça”ya keçməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Türkiyə klubu yanvarda Levandovskini transfer etməkdə maraqlı olsa da, futbolçu bu variantdan imtina edib. O, ən azı yay aylarına qədər “Barselona”da qalmaq istəyir.

Daha əvvəl yayəlan məlumatlara görə, “Fənərbağça” 37 yaşlı polyak futbolçuya 1,5 illik müqavilə təklif edib.

Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.