BAKI, 9 noyabr. TELEQRAF

"Kəpəz" Vitor Feijao ilə yollarını ayırıb.

Klubdan Teleqraf-a verilən məlumata görə, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Feijao mövsümün əvvəlində Gəncə təmsilçisinə cəlb olunub. Yarımmüdafiəçi 9 çempionat oyununda 1 qol vurub.