BAKI, 5 noyabr. TELEQRAF
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin "Çelsi" klubunun müvafiq yaş kateqoriyasından ibarət kollektivini qəbul edib.
"Azersun Arena"da təşkil olunan görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zadəganlar"ın qollarını Sol Qordon (17-ci dəqiqə), Yesse Derry (66, 68), Şumayra Meuka (80) və Frenki Ranhem (90+2) vurub.
4 oyundan maksimum nəticə qazanan "Çelsi" turnir cədvəlinə başçılıq edir. Aktivində xal olmayan Rəşad Sadiqovun rəhbərlik etdiyi komanda 36-cı - sonuncudur.
Qeyd edək ki, U-19 "Qarabağ" növbəti matçını noyabrın 25-də İtaliyada "Napoli"yə qarşı keçirəcək.