BAKI, 21 oktyabr. TELEQRAF

Argentina millisinin kapitanı Lionel Messi 20 yaşadək futbolçulardan ibarət yığma komandanın dünya çempionatından sonra dəstək olub.

Teleqraf xəbər verir ki, ulduz futbolçu yığmasının finalda Mərakeşə 0:2 hesabı ilə uduzması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Üzülməyin, uşaqlar! Möhtəşəm turnir keçirdiniz. Hamımız sizin kuboku qaldırmağınızı istəsək də, bizə yaşatdıqlarınızla qürur duyuruq”, – deyə, Messi qeyd edib.

Qeyd edək ki, Argentina U-20 yığması 6 dəfə qalib gələrək turnirin rekordçusudur.