BAKI, 20 oktyabr. TELEQRAF

Cənubi Azərbaycanın "Traktor" klubu Asiya Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Təbriz təmsilçisi III tur matçında səfərdə Birləşmiş Ərəb Əmirliyinin "Əl-Şarja" klubu ilə qarşılaşıb.

Görüş İran çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Traktor" hazırda 5 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.