BAKI, 20 oktyabr. TELEQRAF

“Real Madrid”in futbolçusu Kilian Mbappe İspaniya çempionatında Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Teleqraf xəbər verir ki, 27 yaşlı fransalı futbolçu buna La Liqanın IX turunda “Xetafe” üzərində 1:0 hesabı ilə qələbə qazandıqları görüşdə fərqlənərək nail olub.

Mbappe ardıcıl 9 oyununda 10 dəfə rəqib qapısına yol tapıb. Ümumiyyətlə, fransalı hücumçu klub və milli komanda səviyyəsində artıq ardıcıl 11-ci oyunda qol sevinci yaşayıb.

Xatırladaq ki, bu göstəriciyə sonuncu dəfə 2014/2015 mövsümündə Kriştianu Ronaldu nail olub. O zaman portuqaliyalı ulduz ilk 9 oyunda 17 qol vurmuşdu.