BAKI, 19 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının VIII turunun son oyun günündə “Sabah” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə qolları Aron Maluda (42-ci dəq)), Velo Simiç (45+2; 75-ci dəq) vurub.
Qeyd edək ki, tura “Neftçi” - “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.”Palms Sport Arena”da baş tutacaq görüş saat 18:30-da start götürəcək.