BAKI, 13 oktyabr. TELEQRAF
“Barselona”nın prezidenti Joan Laporta hücumçu Lionel Messiylə münasibətlərinin necə dəyişdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, klub rəhbəri bu barədə “3Cat” kanalına açıqlama verib.
Laporta 2021-ci ildə maliyyə problemlərinə görə müqaviləsini uzatmayaraq komandadan ayrılan argentinalı futbolçu ilə xeyli müddət münasibətlərinin soyuq olduğunu bildirib: “Uzun müddət çox yaxşı münasibətlərimiz vardı. Müqavilə uzadılmadıqda münasibətlər bir qədər pozuldu. Amma zamanla onları bərpa edə bildik. Ümid edirik ki, ona layiq olduğu böyük bir tədbir təşkil edə biləcəyik”.
Qeyd edək ki, hazırda səkkizqat “Qızıl top” sahibi Lionel Messi “Inter Mayami”də çıxış edir.