BAKI, 11 oktyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, "Park de Prens" stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Norveçdən olan baş hakim Rohit Saqqinin idarə etdiyi görüşdə qolları Kilian Mbappe (45+2), Adrien Rabyo (69), Florian Toven (84) vurub.
***
00:28
DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan oyununda üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, "Park de Prens" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də artırıb - 3:0.
84-cu dəqiqədə Floryen Toven fərqlənib.
***
00:14
DÇ-2026-nın seçmə mərhələsində baş tutan Fransa - Azərbaycan oyununum ikinci hissəsində meydan sahibləri hesabı artırıb.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə öndədir.
Fransalıların qolunu 69-cu dəqiqədə Adrien Rabyo vurub.
***
23:50
DÇ-2026-nın seçmə mərhələsində baş tutan Fransa - Azərbaycan oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə öndədir.
Norveçdən olan baş hakim Rohit Saqqinin idarə etdiyi görüşün 45+2-ci dəqiqəsində hesabı Kilian Mbappe açıb.
***
23:33
DÇ-2026-nın seçmə mərhələsində baş tutan Fransa - Azərbaycan oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabla öndədir.
Oyunu Norveçdən olan baş hakim Rohit Saqqinin idarə etdiyi matçın 45+2-ci dəqiqəsində Kilian Mbappe hesabı açıb.
***
22:33
DÇ-2026-nın seçmə mərhələsində baş tutan Fransa - Azərbaycan oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşmada qolu Kilian Mbappe vurub.
Oyunu Norveçdən olan baş hakim Rohit Saqqi idarə edir.
****
22:46
DÇ-2026-nın seçmə mərhələsi Azərbaycan millisi Fransa ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşma 22:45-də start götürüb.
Oyunu Norveçdən olan baş hakim Rohit Saqqi idarə edir.