BAKI, 10 oktyabr. TELEQRAF
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Çexiya millisi ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Şimali Makedoniyadan olan FIFA referisi Yovan Kaçevskin idarə etdiyi görüşdə qolları Qollar: Lukaş Maşek (40; 59; 75), Lukas Ambros (55), David Planka (84) vurub.
Qeyd edək ki, Rəşad Eyyubovun kollektivi oktyabrın 14-də “Dalğa Arena”da Şotlandiyanın müvafiq yaş qruplarından ibarət komandasını qəbul edəcək.