BAKI, 10 oktyabr. TELEQRAF
“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında sentyabr ayınının ən yaxşı oyunçusu seçilib.
Teleqraf xəbər verir ki, 25 yaşlı forvard artıq 9-cu dəfədir bu mükafata layiq görülüb.
Beləliklə, Holann “ayın oyunçusu” mükafatlarının sayı Tieri Anri, Frenk Lempard, Son Hın Min, Markus Reşford, Ceymi Vardi, Alan Şirer, Pol Skoulz və Dennis Berqkampın qazandıqları mükafatların sayına çatıb.
Qeyd edək ki, norveçli forvard sentyabrda 3 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.