BAKI, 21 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında V turun son oyununda “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Elçin Məsiyevin idarə etdiyi matçda hesabı 79-cu dəqiqədə Ağadadaş Salyanski açıb. 90+2-ci dəqiqədə isə Alessio Kurçi yekun nəticəni müəyyənləşdirib.

Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv cari mövsümdə ilk qələbəsini qazanıb. “Ağ-qaralar” 6 xalla 8-ci, “kimyaçılar” isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VI turun oyunları 26-28 sentyabr tarixlərində təşkil olunacaq.