BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının V turunda “Zirə” “Şamaxı”nı qəbul edib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionun reallaşan qarşılaşmanı meydan sahibi komanda qazanıb - 2:1.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi matçda hesabı 25-ci dəqiqədə “şirlər”in futbolçusu Karim Rossi açıb.

“Qartallar”ın qollarını isə 83 və 88-ci dəqiqələrdə Martins Junior vurub.

Bununla da xallarının sayını 11-ə çatdıran “Zirə” turnir cədvəlinin lideri olub. “Şamaxı” 5 xalla 6-cıdır.

Qeyd edək ki, tura sentyabrın 21-də yekun vurulacaq.