BAKI, 2 sentyabr. TELEQRAF
İtalyalı qapıçı Canluici Donnarumma İngiltərənin "Mançester Siti" klubuna transfer olunub.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
Transfermarkt portalının məlumatına görə, “şəhərlilər” futbolçunun transferi üçün Paris klubuna 30 milyon avro ödəyib.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSG-də çıxış edib. O, fransız klubu ilə 10 kubok qazanıb, 2024/2025 mövsümündə Çempionlar Liqasının qalibi olub. Ötən mövsüm italyalı qapıçı bütün turnirlər üzrə 47 oyunda meydana çıxıb, 43 qol buraxıb və 17 oyunu qolsuz başa vurub.