BAKL, 2 sentyabr. TELEQRAF
Argentinalı futbolçu Alexandro Qarnaço İngiltərə təmsilçisi “Mançester Yunayted” ilə rəsmən vidalaşıb.
Teleqraf xəbər verir ki, “Çelsi”yə transfer olunan vinger ayrılması barədə klubun rəsmi saytına açıqlama verib.
“Beş il davam edən həyatımın önəmli və unudulmaz bir mərhələsi başa çatır. Birlikdə çoxlu anlar yaşadıq ki, onlar yaddaşımda həmişə qalacaq. Mənə inam və dəstəyə görə məşqçilərə, klub əməkdaşlarına və bütün komanda yoldaşlarıma təşəkkür edirəm. “Mançester Yunayted”in formasında meydana çıxmaq mənim üçün həmişə xüsusi olub. Hər dəfə maksimum gücümü ortaya qoymağa çalışmışam. Klubu birgə nailiyyətlərimizlə qürur duyaraq tərk edirəm və yeni çağırışı səbirsizliklə gözləyirəm. Klubuma gələcəkdə yalnız uğurlar arzulayıram”, – deyə, Qarnaço bildirib.
Qeyd edək ki, 21 yaşlı futbolçu London təmsilçisi “Çelsi” ilə 2032-ci ilin yayına qədər müqavilə imzalayıb.