BAKI, 9 avqust. TELEQRAF
“Sumqayıt”ın sabiq futbolçusu Masaki Murata komandaya qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə “kimyaçılar”ın rəsmi səhifəsi məlumat yayıb.
26 yaşlı yaponiyalı yarımmüdafiəçi ilə imzalanan müqavilə barədə məlumat verilməyib.
Qeyd edək ki, Masaki Murata 2022-2024-cü illərdə “Sumqayıt”ın şərəfini qoruyub. O, son olaraq Danimarkanın “Vayle” klubunda oynayıb.