BAKI. 23 iyul. TELEQRAF
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, 8-ci km stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hesabı 31-ci dəqiqədə "Zirə"nin yeni transferi Brahim Konate açıb. 6 dəqiqə sonra o, zədələnərək, meydanı tərk edib.
68-ci dəqiqədə isə "Hayduk"un futbolçusu Antoni Kalik bərabərlik qolunu vurub.
Cavab görüşü iyulun 31-də keçiriləcək.
*** 21:05
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.
Teleqraf xəbər verir ki, 68-ci dəqiqədə "Hayduk"un futbolçusu Antoni Kalik tarazlığı bərpa edib - 1:1.
*** 20:39
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Birinci hissədən sonra "Zirə" hesabda öndədir - 1:0.
*** 20:19
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, "Zirə" fasiləyə üstün durumda çıxıb - 1:0.
Yeganə qolu 31-ci dəqiqədə yeni transfer Brahim Konate vurub.
Lakin Konate 37-ci dəqiqədə zədələnərək, əvəzlənib.
*** 20:02
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, 31-ci dəqiqədə yeni transfer Brahim Konate topu "Hayduk"un qapısından keçirib. Hazırda "Zirə" hesabda öndədir - 1:0.
*** 19:31
"Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Teleqraf xəbər verir ki, qarşılaşma 8-ci km stadionunda ("Neftçi Arena") keçirilir.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya) - 1:1 (İKİNCİ HİSSƏ)
Qollar: Brahim Konate, 31 - Antoni Kalik, 68
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staikos
Dördüncü hakim: Anastasios Papapetru
(Hakimlər briqadası Yunanıstandandır)
8-ci km stadionu.