BAKI, 17 iyul. TELEQRAF

İtaliyalı velosipedçi Samuele Privitera 23 yaşadək idmançıların çoxgünlük veloyürüşü olan "Ciro Della Val d Aosta"nın birinci mərhələsində yıxılaraq dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

"Privitera Pontey bələdiyyəsində birinci mərhələdə qəza keçirib", - məlumatda deyilir.

19 yaşlı idmançıya təcili tibbi yardım göstərilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib. Təhlükəsizlik orqanları tərəfindən araşdırma aparılır.

Veloyürüşün təşkilatçıları ikinci mərhələni ləğv ediblər. Üçüncü mərhələ iyulun 18-də keçiriləcək. Yürüş başlamazdan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Tədbirin sonuna qədər bütün rəsmi mərasimlər ləğv ediləcək. Turnirin təşkilat komitəsi komandalara yarışmağa davam edib-etdirməmək qərarı hüququnu onların özlərinə buraxıb.