BAKI, 15 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri satışa çıxarılır.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, biletlər bu gün saat 15:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.

Satış məntəqələri "Zirə" İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarıdır.

Qeyd edək ki, "Zirə" - "Hayduk"la oyunu iyulun 23-də keçiriləcək. "8-ci km stadionu"nda təşkil olunacaq görüş saat 19:30-da başlayacaq. Cavab oyunu iyulun 31-də səfərdə baş tutacaq.