BAKI, 13 iyul. TELEQRAF
İngiltərə təmsilçisi “Liverpul” portuqaliyalı futbolçusu Dioqu Jotanın ölümündən sonra ilk oyununa çıxıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Arne Slotun başçılıq etdiyi komanda mövsümöncəsi hazırlıq çərçivəsində II Liqada mübarizə aparan “Preston North End” ilə qarşılaşıb.
Görüşdən əvvəl hər iki komandanın oyunçuları, həmçinin stadiondakı azarkeşlər Jota və onun qardaşının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Hazırda davam edən matçda “Liverpul” 1:0 hesabı ilə öndədir.
Xatırladaq ki, Dioqu Jota iyulun 3-də qardaşı ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib.