BAKI, 28 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatında 1/8 final mərhələsinə bu gün start veriləcək.

Teleqraf-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk olaraq Braziliyanın iki təmsilçisi "Palmeyras"la "Botafoqo" üz-üzə gələcək.

Filadelfiyadakı "Lembo Fild" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün digər matçında isə Portuqaliya "Benfika"sı ilə İngiltərənin "Çelsi" komandası qarşılaşacaq.

Bakı vaxtı ilə saat 00:00-da start götürüləcək görüş Şarlottdakı "Bank of Amerika" stadionunda oynanılacaq.

FIFA Klublararası Dünya Çempionatı

1/8 final mərhələsi

28 iyun

20:00 "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)

00:00 "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsi dörd günü əhatə edəcək.