BAKI, 23 iyun. TELEQRAF

“Şamaxı” yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “şirlər”in mətbuat xidməti məlumat yayıb.

“Şamaxı” toplanış zamanı keçirəcəyi üçüncü yoxlama oyununda “Kəpəz”lə qarşılaşacaq.

Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, “Şamaxı” iyulun 14-də “Qəbələ”, 21-də isə “Karvan”la üz-üzə gələcək.