BAKI, 23 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.

Teleqraf xəbər verir ki, günün ilk oyunları B qrupun komandaları arasında keçiriləcək.

Yerli "Sietl Saunders"lə Fransanın PSJ klubu, İspaniya "Atletiko Madrid"i ilə Braziliyanın "Botafoqo" komandaları üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, indiyədək "Bavariya" (Almaniya), "Flamenqo" (Braziliya), "Yuventus" (İtaliya) və "Mançester Siti" (İngiltərə) klubları 1/8 finala vəsiqəni təmin edib.

Dünya çempionatı

Qrup mərhələsi

III tur

A qrupu

05:00 "İnter Mayami" (ABŞ) - "Palmeyras" (Braziliya)

05:00 "Portu" (Portuqaliya) - "Əl-Əhli" (Misir)

Xal durumu: "Palmeyras" - 4, "İnter Mayami" - 4, "Portu" - 1, "Əl-Əhli" - 1.

B qrupu

23:00 "Sietl Saunders" (ABŞ) - PSJ (Fransa)

23:00 "Atletiko Madrid" (İspaniya) - "Botafoqo" (Braziliya)

Xal durumu: "Botafoqo" - 6, PSJ - 3, "Atletiko Madrid" - 3, "Sietl Saunders" - 0.