BAKI, 19 iyun. TELEQRAF

FIFA Klublararası Dünya Çempionatının II turunun “Palmeyras” (Braziliya) - “Əl-Əhli” (Misir) matçı 40 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Teleqraf xəbər verir ki, qalan bölümdə qapılara qol vurulmayıb.

2:0 hesablı qələbə qazanan "Palmeyras" xalını 4-ə çatdıraraq, A qrupunda vahid liderliyi ələ alıb. "Əl-Əhli"nin isə 1 xalı var.

Qeyd edək ki, "Portu" (Portuqaliya) və "İnter Mayami" (ABŞ) komandaları arasındakı qrupun digər oyunu saat 23:00-da başlanıb. Hazırda bu komandaların da hərəyə 1 xalı var.

*** 21:58

FIFA Klublararası Dünya Çempionatının II turunun “Palmeyras” (Braziliya) - “Əl-Əhli” (Misir) görüşü dayandırılıb.

Teleqraf xəbər verir ki, baş hakim Entoni Teylor Nyu-Cersidə yerləşən “Midoulends” stadionunda təşkil olunan matçda futbolçuları qeyri-sabit hava şəraitinə görə 63-cü dəqiqədə paltardəyişmə otağına göndərib.

Hazırda hesab 2:0 “Palmeyras”ın xeyrinədir.

Qeyd edək ki, A qrupunda yer alan komandaların aktivində bir xal var.