BAKI, 19 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.

Teleqraf xəbər verir ki, turun ilk oyunu A qrupunda Braziliyanın "Palmeyras" klubu ilə Misir təmsilçisi "Əl-Əhli" arasında baş tutacaq.

"Midoulends" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Eyni qrupda yerli "İnter Mayami" isə Portuqaliyanın "Portu" komandası ilə üz-üzə gələcək.

"Mersedes Benz" arenasında oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqasının son qalibi Fransa PSJ-si B qrupunda Braziliyanın "Botafoqo" klubu ilə qarşılaşacaq. Bu qrupun digər oyunu yerli "Sietl Saunders" və İspaniyanın "Atletiko Madrid" komandaları arasında təşkil olacaq.

FIFA Klublararası Dünya Çempionatı

II tur

19 iyun

A qrupu

20:00 "Palmeyras" (Braziliya) - "Əl-Əhli" (Misir)

23:00 "İnter Mayami" (ABŞ) - "Portu" (Portuqaliya)

Xal durumu: "Əl-Əhli" - 1, "Portu" - 1, "Palmeyras" - 1, "İnter Mayami" - 1.

B qrupu

02:00 "Sietl Saunders" (ABŞ) - "Atletiko Madrid" (İspaniya)

05:00 PSJ (Fransa) - "Botafoqo" (Braziliya)

Xal durumu: PSJ - 3, "Botafoqo" - 3, "Sietl Saunders" - 0, "Atletiko Madrid" - 0.