BAKI, 21 aprel. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo növbəti dəfə insidentlə gündəmə gəlib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Türkiyə Super Liqasının XXXII turunda evdə "Kayserispor"la 3:3 hesablı heç-heçə etdikləri görüşdən sonra jurnalistlərdən biri ilə mübahisə edib.
Portuqaliyalı mütəxəssis yayımçı "BeİN Sports" telekanalı müxbirinin sualına "Niyə mənə eyni sualları verirsən, məqsədin nədir?" cavabını verib.
Qeyd edək ki, "Fənərbağça" 72 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Qalatasaray"ın 77 xalı var.