BAKI, 21 aprel. TELEQRAF
Türkiyənin Konya şəhərində Həvəskarlar Liqasının Super Qrupunda keçirilən "Konya Yolspor" - "Üzümlüspor" matçından sonra meydanda gərginlik yaşanıb.
Teleqraf "NTVSpor"a istinadən xəbər verir ki, Mehmet Oktuk Təsislərində keçirilən oyunda çempionluq uğrunda mübarizə aparan "Üzümlüspor" 2:1 hesabı ilə qalib gəlib.
Matçın final fitindən sonra meydanda hər iki komandanın futbolçuları ilə texniki heyəti arasında dava düşüb.
Münaqişə zamanı "Konya Yolspor" komandasının köməkçi-məşqçisi Hesen Akın və "Üzümlüspor"un futbolçusu xəsarət alıb.
Dava polisin və klub idarəçilərinin müdaxiləsi ilə dayandırılıb.