BAKI, 17 aprel. TELEQRAF

Türkiyənin "Beşiktaş" klubunda prezident seçkilərinin tarixi müəyyənləşib.

Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, mayın 11-də İstanbul təmsilçisinin yeni prezidentinin adı məlum olacaq.

"Beşiktaş"ın hazırkı prezidenti Serdal Adalının yenidən namizəd olacağı gözlənilir. "Ağ-qaralar"ın 2024-cü ilin dekabrında keçirdiyi seçkiyə 13 mindən çox üzv qatılmışdı. Bu, klub tarixinin rekord göstəricisidir.

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasında keçirdiyi 29 oyunda 48 xal toplayaraq 5-ci pillədə qərarlaşıb.