
BAKI, 15 mart. TELEQRAF
“Mançester Siti” komandasının hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında 100-dən az oyunda 100 məhsuldar əməliyyat edən ən gənc futbolçu olub.
Teleqraf xəbər verir ki, norveçli forvarda bundan ötrü 94 qarşılaşma kifayət edib.
XXIX turda o, "Brayton"la görüşün 11-ci dəqiqəsində penaltidən hesabı açaraq, unikal rekord müəyyənləşdirib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bununla da Holann qollarının sayını 84-ə çatdırıb. 25 yaşlı hücumçunun aktivində 16 məhsuldar ötürmə də var. Əvvəlki rekord İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirerə məxsus idi. Lakin Şirer 100 matçda bu qədər fərqlənmişdi.
Cari mövsümdə Holann bütün turnirlərdə 38 oyuna çıxıb, 28 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "şəhərlilər"lə müqaviləsi 20234-cü ilədəkdir. "Transfermarkt" futbolçuya 200 milyon avro qiymət qoyub.
Hazırda 29 turda 48 xal toplayan “Mançester Siti” 5-ci yerdədir. “Brayton” isə 47 xalla 7-cidir. Turnir cədvəlinə 70 xalla "Liverpul" başçılıq edir.