BAKI, 2 oktyabr. TELEQRAF

Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin bir illik işğaldan sonra necə göründüyünü göstərən fotolar dərc olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna İşğalın Araşdırılması Mərkəzinin rəhbəri Petro Andryuşenko Teleqramda bildirib.

“Uqledar. Bir illik işğaldan sonra şəhər belə görünür. Xarabalıq. Rusların “bayramlar” üçün keşiş və bayraqlar gətirdikləri onlarla ümidsiz insan” - Andryuşenko yazıb.

Xatırladaq ki, Uqledar şəhəri 2024-cü il oktyabrın 2-də Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Ali Komandanlıq Ukrayna ordusunun şəhərdən çıxarılması barədə əmr verib.