Ermənistan parlamentinin sədri Alen Simonyanın keçmiş və indiki hakimiyyət arasında körpü olduğunu istisna etmirəm.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.
“Simonyanın inqilabdan (Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl) əvvəl kim olduğunu xatırlayaq. Həmin adam bütün günü efirdə idi. Yəni müəyyən dairələrdə hakimiyyətə bağlı deyilsənsə, efirə çıxa bilməzsən. Bu, onun keçmiş hakimiyyətin (Sərkisyan-Köçəryan klanının) qəbul etdiyi, dəstəklədiyi şəxs olduğunu göstərir.
İstisna etmirəm ki, Simonyan keçmiş hakimiyyətin müəyyən nümayəndələri ilə indiki iqtidar arasında körpüdür. Yəqin ki, ona bu səbəbdən spiker vəzifəsi verilib”, - ekspert bildirib.
Kiviryan baş nazir postuna iddialı olduğu söylənilən Simonyanın Nikol Paşinyana meydan oxuduğunu da vurğulayıb:
“Bu gün həmin şəxs faktiki olaraq Nikola meydan oxuyur. Nikol Paşinyan hələlik susur. Bundan sonra Nikolun komandasında etiraz edənlər növbəyə duracaqlar”.
Arqişti Kiviryan istisna etməyib ki, Paşinyan Simonyandan qurtulsa, sonuncu Köçəryan-Sərkisyan cəbhəsi, yaxud “Qarabağ klanı” tərəfindən “xilaskar” elan ediləcək.