Ermənistan müdafiə sahəsində əlaqələrini şaxələndirməyə ehtiyac duyur və bu istiqamətdə də irəliləyir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Müdafiə və təhlükəsizlik sistemləri ilə bağlı dərin kök salmış inanclar faciəli nəticələrə gətirib çıxarıb. Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Biz də bu yolla gedirik. Müasir silahlar əldə etmək üçün milyardlıq müqavilələr bağlamışıq", - Paşinyan bildirib.