Sentyabrın 1-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan İranın bu ölkədəki səfiri Mehdi Sobhanini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb .

Görüşdə Ermənistan-İran əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Müdafiə naziri sentyabrın 1-də Azərbaycanla sərhəddə baş verən gərginlik barədə səfirə məlumat verib.