Azərbaycan Vardenis istiqamətində (Basarkeçər) strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan səfirlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, ən böyük ərazi itkiləri Cermuk istiqamətində (İstisu Dərələyəz mahalı) olub.

"İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir. Hazırki vəziyyətdə Azərbaycan yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib".

Arakel Martikian etiraf edir ki, sentyabrın 12-14-ü günlərində baş vermiş silahlı toqquşma zamanı məhv edilmiş bir neçə erməni hərbçinin meyitləri hələ də tapılmayıb: "Bu gün biz hərbçilərimizin bədənlərinin harada olduğunu bilirik və bu, bizim ən ağrılı yerimizdir".