“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Katmerini” qəzetinə müsahibəsində deyib.

Nazir Türkiyə-Ermənistan münasibətlərindəki son gəlişmələr barədə məlumat verib:

“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üçün xüsusi nümayəndələr təyin edilib, artıq bu çərçivədə dörd görüş keçirilib. Tərəflər bu görüşlərdə sərhədlərin açılmasına və ilkin şərt olmadan diplomatik münasibətlərin qurulmasına yönəlmiş prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər. Həmin prosesə müsbət dinamika vermək üçün Türkiyə xarici işlər nazirinin (Mövlud Çavuşoğlu) Antalya Diplomatik Forumunda iştirakla bağlı dəvətini qəbul etdim və forum çərçivəsində onunla görüşdüm.

Bu gün prosesdə uğur qazanmaq üçün münasibətlərin tənzimlənməsi istiqamətində konkret addımlar atmağa hazır olmaq, siyasi iradə lazımdır”.