Ermənistanın Baş naziri Nikol Paşinyan Belarusa işgüzar səfərə gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Paşinyanın 20-21 iyun tarixlərində Belarusda olacağı bildirilib.

O, Minskdə Avrasiya Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.