İrəvanda polis etiraz aksiyasını dağıtmaq üçün səs qumbarası tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Proşyan küçəsində polislə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Etirazçılar parlament binasına daxil olmaq üçün polis kordonunu yarmağa cəhd ediblər. Bu zaman polis narazı kütləyə qarşı səs qumbaraları tətbiq edib.