Ermənistanın Göyçə vilayətində 11 yaşlı uşaq tank əleyhinə minaya düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün yerli vaxtla 15:00-da Çəmbərək kəndində baş verib.
Hadisə yerinə gələn polislər uşağın qalıqlarını tapıb. Faktla bağlı araşdırma aparılır.