Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın oğlu Hayk Sarkisyan kütləvi iğtişaşların təşkili faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Bəli, o, iki aylıq müddətə həbs edilib, vəsatət bu gün təmin edilib”, - Ermənistan İstintaq Komitəsinin sədrinin mətbuat katibi Vardan Tadevosyan bildirib.