Rusiya Prezidenti Vladimir Putin doğum günü münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti məktubunda ermənilər və rusları “qardaş xalqlar” adlandırıb.

Məktubda qeyd edilib:

“Əminəm ki, aramızda qurulmuş konstruktiv dialoqa uyğun olaraq, bundan sonra da qardaş xalqlarımızın rifahı naminə Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlıq edəcəyik”.