Ermənistanın daxili və xarici siyasətini Azərbaycan diktə edir. Rəsmi Bakının tələbi ilə Ermənistan silahlı qüvvələrində heç bir islahat aparılmır. Baş Qərargah rəisimiz yoxdur. Daha Rusiya bizə silah satmır. Bu gün biz Azərbaycana tabeyik".

Teleqraf.com xəbər verir ki, bunu "News.az"a açıqlamasında erməni politoloq Stepan Danielyan deyib.

Politoloqun fikrincə, Qərb istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və Qarabağ məsələsi Bakının xeyrinə həll olunsun: "Qərb başa düşür ki, əgər Ermənistan Azərbaycanın sərhədlərini tanısa, Qarabağda rus sülhməramlının qalmasına ehtiyac olmayacaq. Qərb Qafqaz vasitəsilə Mərkəzi Asiyaya nüfuz etməlidir.
Qərbin həll etmək istədiyi ikinci problem regionda enerji mənbələrinə təsir göstərməklə Rusiyanın enerji rıçaqlarını zəiflətməkdir. Qərb Rusiyanın əksinə siyasət aparır. Rusiya istəyi ki, Qarabağda münaqişə qalsın. Çünki ordusunun burada qalmasını istəyir".

Politoloq qeyd edib ki, Rusiya kommunikasiya məsələsində israrlıq edir: "Bəyan edir ki, 10 noyabr bəyanatı yerinə yetirilməlidir, lakin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını nəzərdə tutan sülh sazişi haqqında bir kəlmə danışmırlar. Hər dəfə elan edirlər ki, bu məsələ gələcəkdə həll olunmalıdır. Ermənistan hakimiyyəti indi təzyiq altındadır, ən böyük təzyiq Qərbdən gəlir. Qərbdən çox ciddi vədlər verirlər - investisiyalar, maliyyələr, qrantlar”.