“Rusiya sülhməramlıları təxribatların qarşısını almaq üçün erməni deputatları Qarabağa buraxmayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir qeyd edib ki, deputatların Qarabağa girişinə qadağa qoyulması ilə bağlı xəbərlərdən sonra Ermənistan hakimiyyəti Qarabağdakı separatçılar və Rusiya hakimiyyətinin yüksək rütbəli nümayəndələri ilə əlaqə saxlayıb.

“Bizi əmin etdilər ki, mümkün təxribatların qarşısını almaq üçün deputatların ora girişinə icazə verilmir”, - Mirzoyan söyləyib.

Dünən Qarabağa gəlmək istəyən bir qrup erməni deputat Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın bu bölgəsinə buraxılmayıb.