Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Eyni zamanda regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”, - o qeyd edib.