Ermənistan qondarma Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınması məsələsini nəzərdən keçirmir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

“Gündəmdə belə bir məsələ yoxdur”, - deyə o, “Armenpress”ə şərhində bildirib.

Diplomat mövcud problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq diplomatik yolla həllinə ümid etdiyini bildirib.

Fevralın 21-də Prezident Vladimir Putin Rusiyanın qondarma LXR və DXR-in müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb.

Belarus Xarici İşlər Nazirliyi Rusiyanın qərarına hörmət etdiyini bildirib.