“Növbəti 2-3 həftə ərzində ölkədə insanları nikolizmə (Nikol Paşinyan) qarşı “peyvənd” etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryan deyib.

“Bu “peyvənd” xalqımızın “kütlə immuniteti” qazanması deməkdir. Məsələn, Ukraynada bu “kütlə immuniteti” əldə edilmədi, nəticədə ölkə üç dəfə müxtəlif texnologiyaların dağıdıcı təsirini yaşadı. İndi ilk dəfə bu təsirə məruz qaldıq, ikinci dəfə olmamalıdır”, - Köçəryan bildirib.

Köçəryan seçkilərdə qalib gələcəyinə əminliyini də ifadə edib: “Həyatımda qarşıma bir məqsəd qoyub ona çatmadığım bir halı xatırlamıram”.

Onun sözlərinə görə, Ermənistanı inkişaf etdirmək üçün Rusiyaya daha sıx inteqrasiya üçün modellər tapmaq lazımdır.