Ermənistan Prezidenti Armen Sərkisyan İrəvanda müalicəsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Armen Sərkisyan fevralın 23-də İrəvana qayıdıb.

Ermənistan prezidenti dekabr ayından bəri İngiltərədə idi. Yeni ili orada qeyd edib və ayağından əməliyyat olunub. Lakin yanvarın 5-də Sərkisyana koronavirus diaqnozu qoyulduğu bildirilib. Bundan sonra Londonda təcrid edilən prezidentin indiyədək həkim nəzarəti altında olduğu iddia edilib.

Yanvarın 13-də Sərkisyanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb. Səbəbi səhhətinin ağırlaşması ilə əlaqələndirilib.

Prezidentin həyat yoldaşı Nune Sərkisyanın da koronavirusa yoluxduğu deyilmişdi.